Azərbaycan Kuboku layihəsinin final mərhələsi keçirilib


2025-ci il üzrə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Azərbaycan Kuboku layihəsi uğurla yekunlaşdı. Layihə çərçivəsində seçim turları və final mərhələsi olmaqla genişmiqyaslı tədbirlər həyata keçirildi. Turnir Bakı, Gəncə, Şəki, Quba və Mingəçevir şəhərlərini əhatə etdi və 100-dən artıq komandanın iştirakı ilə yüksək rəqabət mühiti formalaşdı.

Turkustan.az xəbər verir ki, iki mərhələdən ibarət seçim turlarının nəticələrinə əsasən 16 komanda final mərhələsində iştirak etmək hüququ qazandı. Final mərhələsi komandalar arasında gərgin və maraqlı mübarizə ilə yadda qaldı.

Yekun nəticələrə əsasən, Azərbaycan Kubokunun qalibi “Prestij” komandası oldu. İkinci yerə isə “Dərələyəz” komandası layiq görüldü. Oyunun qaydalarına əsasən “Kiçik Kubok”un qalibi isə “Vendetta” komandası elan edildi.

Qalib komandalar təşkilatçılar tərəfindən kubok, medal, diplom və digər dəyərli hədiyyələrlə təltif olundular.

Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı və Sağlam Ailə klinikasının dəstəyi ilə həyata keçirilib.

Xəzər İntellektual Gənclər Klubu olaraq, növbəti mövsümdən ölkə gəncləri arasında bu cür intellektual layihələrin daha çox təşkil edilməsi və sağlam rəqabət mühitinin formalaşmasını hədəfləyir.


MANŞET XƏBƏRLƏRİ