Bu düşünməli olduğumuz bir məsələdir.
Turkustan.az-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistin ondan ABŞ-nin NATO ilə münasibətlərini yenidən nəzərdən keçirib-keçirmədiyi və ya ondan çıxmağı düşündüyü ilə bağlı suala cavabında deyib.
“Bu, şübhəsiz ki, düşünməli olduğumuz bir şeydir. Bu qərar üçün Konqresə ehtiyacım yoxdur. Hazırda ağlımda heç nə yoxdur”,-deyə o bildirib.
Tramp NATO müttəfiqlərindən məyusluğunu dilə gətirib. /Modern.az/