Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR


Kəlbəcər rayon Mədəniyyət Sarayında keçirilən tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Receb Öztop, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə şəhər prokuroru Rauf Gözəlov, Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Yevlax rayon prokuroru Ceyhun Almasov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, şəhid ailələri,rayon ictimaiyyətinin nümayəndələri,şairlər, saz-söz həvəskarları iştirak edib.

Əvvəlcə Kəlbəcər rayon Mədəniyyət Sarayının foyesində ustad aşığın əlyazmalarından, haqqında yazılmış kitablardan, xatirələrdən, özünün seçmələrindən hazırlanmış guşənin nümayişi təşkil olunaraq, Aşıq Şəmşirin yaradıcılığı ilə bağlı sağlığında və ölümündən sonra çap edilmiş kitab sərgisinə baxış keçirildi.Daha sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, Dədə Şəmşirin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.

Çıxış edən, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Receb Öztop, şair Əlövsət Saldaş, Aşıq Şəmşirin nəvəsi Kəmalə Qasımova Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək meydana gətirdiyi rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəsini daha da zənginləşdirmiş görkəmli söz ustadı, qədim saz havalarının və dastanların mahir ifaçısı, el sənətkarı, yaradıcılığı boyunca xalqın duyğu və düşüncələrini, yüksək mənəvi keyfiyyətləri və yurdun təbiət gözəlliklərini tərənnüm edən Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin yaradıcılığından bəhs edərək bildiriblər ki, saz-söz ustadı Aşıq Şəmşirin Azərbaycan ədəbiyyatına bəxş etdiyi zəngin mədəni irsdən bu gündə aşıqlarımız, şairlərimiz bəhrələnir.Bildiriblər ki, elə sənətkarlar var ki, onlar sənət möhürlərini tarixin yaddaşına həkk edərək ölməzlik qazanırlar. Aşıq Şəmşir də belə sənətkarlardandır. O, klassik aşıq sənəti ilə müasir aşıq sənəti arasında körpü yaradan ustad aşıqlardandır.

Daha sonra respublikamızın tanınmış mədəniyyət işçilərinin ifasında Aşıq Şəmşirin şeirlərinə bəstələnmiş aşıq havaları və muğamlar səsləndirlimişdir.

Yekunda çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev qonaqlara, Aşıq Şəmşir sevərlərə öz təşəkkürünü bildirmiş və vurğulamışdır ki, Ümummilli lider Heydər Əliyevin xalqımızın ən qədim mənəvi dəyərlərindən olan aşıq sənətinə, XX əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri Aşıq Şəmşirin yaradıcılığına xüsusi diqqət və qayğı göstərmiş, saz-söz sənətində göstərdiyi xidmətlərə görə Aşıq Şəmşir, "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür. 1973-cü ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı qərara əsasən, Aşıq Şəmşirin 80 illik yubileyi geniş qeyd olunmuş, "Şərəf Nişanı" ordeni ilə təltif edilmişdir. 1980-ci ildə isə daha bir qərara əsasən Kəlbəcərin Mədəniyyət evinə Aşıq Şəmşirin adı verilmişdir. Azərbaycanın müstəqillik illərində isə Heydər Əliyevin 2003-cü ildə imzaladığı sərəncama əsasən, Aşıq Şəmşirin 110 illik yubileyi dövlət səviyyəsində qeyd edilib, Göygöl rayonundakı 7 illik uşaq musiqi məktəbinə Aşıq Şəmşirin adı verilmiş və büstü ucaldılmışdır.

Aşıq sənətinə bu gün də dövlət səviyyəsində böyük diqqət yetirilir. Heydər Əliyevin mədəniyyət siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev və 1-ci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ləyaqətlə davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Aşıq Şəmşirin mədəni irsinə yüksək qiymət vermiş və Aşıq Şəmşirin 125 illiyinin qeyd edilməsi haqqında 2 aprel 2018-ci il tarixli Sərəncam imzalamışdır.

Müzəffər Ali Baş Komandan, qalib sərkərdə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsində ölkəmiz inkişaf etmiş, ordumuz güclənmiş, xalq-iqtidar birliyi monolit qüvvəyə çevrilmişdir.Məhz bu birlikdən yaranan “Dəmir Yumruğun” hesabına 30 ilə yaxın düşmən taptağında olan ərazilərimiz azad olmuş və ərazi bütövlüyümüz bərpa edilmişdir.Bu gün saz-söz sənətinin dahi ustadı, əməkdar incəsənət xadimi Aşıq Şəmşirin yurdu saz-söz beşiyi Kəlbəcər rayonu indi azaddır.Aşıq Şəmşir məktəbi Kəlbəcərdə yeni-yeni saz-söz sərrafları yetişdirəcəkdir.

bir veya daha fazla kişi ve yazı görseli olabilir

bir veya daha fazla kişi görseli olabilir

kürsü ve yazı görseli olabilir

hoparlör görseli olabilir

bir veya daha fazla kişi görseli olabilir

bir veya daha fazla kişi, klarnet, keman, hoparlör, flüt, saksafon, trompet ve yazı görseli olabilir

Fotoğraf açıklaması yok.

ışık, hoparlör, kürsü ve yazı görseli olabilir

yazı görseli olabilir

Fotoğraf açıklaması yok.

bir veya daha fazla kişi görseli olabilir

Fotoğraf açıklaması yok.

bir veya daha fazla kişi görseli olabilir

bir veya daha fazla kişi ve yazı görseli olabilir

bir veya daha fazla kişi görseli olabilir

hoparlör ve yazı görseli olabilir

bir veya daha fazla kişi görseli olabilir

kürsü görseli olabilir

şunu diyen bir yazı '133 Thng yam Samsir sir' görseli olabilir

hoparlör, kürsü ve yazı görseli olabilir

Fotoğraf açıklaması yok.

kürsü ve yazı görseli olabilir

Fotoğraf açıklaması yok.

kürsü görseli olabilir

flüt, keman, obua, klarnet ve yazı görseli olabilir

kürsü ve yazı görseli olabilir

flüt, obua, klarnet, keman ve yazı görseli olabilir

keman ve yazı görseli olabilir

bir veya daha fazla kişi, akordeon, keman, hoparlör, klarnet, gitar ve yazı görseli olabilir

klarnet, obua, akordeon, flüt, keman, gitar ve yazı görseli olabilir

keman, hoparlör ve yazı görseli olabilir

keman, gitar ve yazı görseli olabilir

flüt, klarnet ve keman görseli olabilir

yazı görseli olabilir


MANŞET XƏBƏRLƏRİ