İranda dini rejim dağılacaq, hərbi hökumət qurulacaq - Bolton


“İranın yeni Ali rəhbəri Müctəba Xamenei ölərsə və ya ölkəni idarə edə bilməsə, mövcud dini sistem dağıla bilər”.

Turkustan.az xəbər verir ki, bunu ABŞ prezidentinin keçmiş müşaviri Con Bolton Ermənistan mediasına deyib.

“Hamı düşünürdü ki, Əli Xameneinin ölümündən sonra hakimiyyətin ötürülməsi böhranı yaranacaq, çünki inqilabdan bəri bu yalnız bir dəfə baş vermişdi. Əli Xamenei İranı ikinci ali rəhbəri idi. Biz varisin seçilməsi prosesində böhranın yetişməsini sürətləndirdik, Müctəba Xameneinin seçilməsi nə qədər çətin vəziyyətdə olduqlarını göstərir. Əgər Müctəba Xamenei ölsə və ya ölkəni idarə edə bilməsə, yeni hakimiyyət ötürülməsi böhranı yaranacaq. Həmin an gəldikdə, bu, avtoritar rejimin çox sürətlə dağılmasına səbəb ola bilər”, - o qeyd edib.

Con Bolton İranın yeni ali rəhbərinin də ABŞ-nin hədəfində olduğunu bildirib:

“Müctəba Xamenei hazırda İran Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır və rejimin digər üzvləri kimi legitim hərbi hədəfdir. Bu halda İranın təslim olması variantını düzgün hesab etmirəm. Məncə, məqsəd rejimin devrilməsi olmalıdır. Yaxın perspektivdə ən real nəticə İranın nizami ordusunun generallarından ibarət hərbi hökumətin formalaşması ola bilər. SEPAH-dan yox, məhz nizami Silahlı Qüvvələrin generallarından. Onlar bu durumda lkədə nizam-intizam yaradacaq, ardınca gələcək konstitusion idarəetmə modelinin müəyyən edilməsi üçün İran xalqına məsləhətləşmə prosesinə keçidə imkan verəcəklər. Düşünürəm ki, bu halda onlarla əlaqə qurmaq mümkün olacaq”./teleqraf


MANŞET XƏBƏRLƏRİ