İran XİN: Hörmüzdəki gərginlik ABŞ və İsrailin hücumlarının nəticəsidir


İranın xarici işlər naziri Abbas Əraqçi Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşə Hörmüz boğazındakı vəziyyətin ABŞ-İsrail müharibəsinin nəticəsi olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin yazılı açıqlamasına görə, Əraqçi BMT-nin baş katibi Quterreş ilə telefonla danışıb.

Görüş zamanı Əraqçi Quterreşə ABŞ və İsrailin İrana qarşı hərbi təcavüzünün BMT Nizamnaməsinin və beynəlxalq hüququn fundamental prinsiplərinin ciddi şəkildə pozulması olduğunu bildirib və ona BMT-nin və Baş katibin bu təcavüzü birmənalı şəkildə pisləmək və təcavüzkarları BMT Nizamnaməsinin 7-ci fəslinə əsasən məsuliyyətə cəlb etmək məsuliyyətini xatırladıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ