AB: Rusiya ilə gələcək dialoqa hazırlaşmalıyıq


Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Kosta bildirib ki, Rusiya ilə gələcək dialoqa hazırlaşmaq lazım olsa da, indi bunun üçün uyğun vaxt deyil.

Turkustan.az xəbər verir ki, Belçikanın rəsmi xəbər agentliyi olan Belga-nın məlumatına görə, Kosta qeyd edib ki, əsas gündəm "Avropa təhlükəsizliyi və Ukraynada sülhə nail olmaq" olaraq qalmalıdır.
Kosta Rusiyaya qarşı iqtisadi təzyiqin davam etdirilməsinin vacibliyini vurğuladı, eyni zamanda Ukraynaya lazımi dəstəyin verilməsinin vacibliyini vurğuladı.

Kosta bildirib ki, Aİ Rusiyadan enerji asılılığına son qoymağa çalışır və qiymət danışıqlarında iştirak etmir. O əlavə edib ki, Rusiya ilə gələcək dialoqa hazırlaşmaq lazım olsa da, indi uyğun vaxt deyil.

Macarıstanın Ukraynaya vəsait ayırmasını əngəlləməsinə gəlincə, Kosta üzv dövlətlərin hədə-qorxu cəhdlərini pisləyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ