İsrail-İran-ABŞ münaqişəsi 18-ci gündür davam etdikcə bölgədə gərginlik durmadan artır.
Turkustan.az xəbər verir ki, İran cəbhəsində İsrailin rejim hədəflərinə hücumlarını davam etdirdiyi bildirilir.
İsrailin "Maariv" qəzetinin yazdığına görə, hücumların təkcə İran rejimini zəiflətmək deyil, həm də simvolik "nüfuz hücumu" həyata keçirmək məqsədi daşıdığı güman edilir. Bu kontekstdə, İranın keçmiş lideri Əli Xameneiyə məxsus olduğu iddia edilən təyyarənin hədəfə alınması, eləcə də kəşfiyyat və kosmik mərkəzlərə edilən hücumlar diqqəti cəlb edib.
Hesabata görə, Tehran rejimi Hörmüz boğazını tamamilə bağlamağı hədəfləyir və təzyiqi artırmaq üçün son çarə olaraq "qiyamət silahı" kimi təsvir edilən üsuldan istifadə edir və bununla da qlobal neft qiymətlərini artırır.
Aytən Yaşar/ Turkustan.az