İran İsrailin öldürdüyünü iddia etdiyi Laricaninin mesajını paylaşdı


İsrailin müdafiə naziri İsrael Katz İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricaninin İsrail ordusunun hücumu nəticəsində öldürüldüyünü iddia edib.

Turkustan.az xəbər verir ki, daha əvvəl İsrail mediasında da Laricaninin hədəfə alındığı barədə məlumatlar yayılmışdı. Sonradan İsrael Katz onun öldüyünü açıqlayıb.

Bu iddialara cavab olaraq İran tərəfi Laricaninin yaxın vaxtlarda açıqlama verəcəyini bildirib. İranın dövlət mediası isə onun öz əl yazısı olduğu iddia edilən bir qeydi yayımlayıb.

Ölümü ilə bağlı xəbərlərdən sonra Əli Laricani sosial media platforması X-də paylaşım edərək sağ olduğunu nümayiş etdirib. İmzalanmış mesajında o qeyd edib:

“Allahın adı ilə... İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin Dənada şəhid olan əsgərləri beynəlxalq zülmkarlara qarşı mübarizə dövründə ortaya çıxan cəsur millətin fədakarlığının bir hissəsidir. Onların xatirəsi həmişə İran xalqının qəlbində yaşayacaq və bu şəhidliklər gələcək illərdə İran İslam Respublikasının silahlı qüvvələrinin əsasını təşkil edəcək. Uca Allahdan bu dəyərli şəhidlərə ən yüksək məqamları nəsib etməsini diləyirəm.”

İran İsrailin öldürdüyünü iddia etdiyi Laricaninin mesajını paylaşdı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ