Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Əfqanıstan və Pakistanı iki ölkə arasında davam edən münaqişələr fonunda gərginliyi azaltmağa çağırıb.
Turkustan.az xəbər verir ki, Qebreyesus məsələ ilə bağlı ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında paylaşım edib.
Əfqanıstan və Pakistan arasında artan münaqişələr səbəbindən fevral ayının sonundan bəri Əfqanıstanda ən azı altı səhiyyə müəssisəsinin təsirləndiyini qeyd edən Qebreyesus bildirib ki, "Daxili İşlər Nazirliyinin idarə etdiyi Kabildəki Omid Narkotik Asılılığı Müalicə Mərkəzinə gecə hücumunda narkotik asılılığı müalicəsi alan 400-dən çox insan həlak olub, ən azı 250 nəfər yaralanıb".
Qebreyesus ÜST-ün bu hadisələri yoxlamaq üçün çalışdığını vurğulayaraq, artan münaqişənin səhiyyə sistemlərinə əlavə təzyiq göstərdiyini və həssas əhali qruplarının sağlamlığı və rifahı üçün riskləri artırdığını qeyd etdi.
Tərəfləri gərginliyi azaltmağa və sülhə və sağlamlığa üstünlük verməyə çağıran Qebreyesus, sülhün ən yaxşı dərman olduğunu qeyd etdi.
Aytən Yaşar/ Turkustan.az