Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Hörmüz boğazı ilə bağlı hər hansı hərbi əməliyyatda iştirak etməyəcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Makron ABŞ prezidenti Donald Trampın boğazın təhlükəsizliyini təmin etmək üçün koalisiya çağırışı fonunda bildirib: “Biz münaqişənin tərəfi deyilik, buna görə də Fransa mövcud şəraitdə Hörmüz boğazının açılması və ya azad edilməsi ilə bağlı heç bir əməliyyatda qətiyyən iştirak etməyəcək.”
Fransa lideri bu açıqlamaları Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasından əvvəl İran və Yaxın Şərqdəki vəziyyətlə bağlı mətbuata verib.
Makron çıxışına martın 13-də İraqın Ərbil şəhəri yaxınlığında baş verən hücumda həlak olan fransız əsgərin ailəsinə başsağlığı verməklə başlayıb, eyni hadisədə yaralanaraq Fransaya gətirilən hərbçilərə isə tezliklə sağalmalarını arzulayıb.
Aytən Yaşar/ Turkustan.az