İrandan sonra o, həmin ölkəyə diqqət yetirdi: Biz çox tezliklə tədbir görəcəyik


Ağ Evdə keçirilən mətbuat konfransında ABŞ Prezidenti Donald Tramp Kuba ilə bağlı diqqətəlayiq bir açıqlama verdi. Kuba məsələsində işlərin yaxşı getdiyini iddia edən Tramp, tədbir görəcəklərini söylədi.

Turkustan.az xəbər verir ki, Tramp bildirib ki, "Kuba ilə bağlı çox tezliklə tədbir görəcəyik". Dünən Tramp bildirib ki, iqtisadi sanksiyaları artırdığı Kuba "çox tezliklə süqut edəcək". İkinci müddətindəki nailiyyətlərini tərifləyən Tramp əlavə edib: "Kuba çox tezliklə süqut edəcək. Onlar razılaşma əldə etməyə can atırlar".

Tramp çıxışında kubalılarla razılaşma prosesinə dövlət katibi Marko Rubionu cəlb edəcəyini bildirib və əlavə edib ki, onlar hazırda məsələyə "diqqət yetirirlər".
"Mən bu anı 50 ildir gözləyirəm. İndi isə (Kuba) mənim qucağıma düşdü", - deyə Tramp bildirib və əlavə edib ki, onlar bu məsələdə "çox yaxşı irəliləyiş əldə edirlər". ABŞ prezidenti bir gün əvvəl Ağ Evdə kubalı amerikalıların evlərinə qayıtmasının "yalnız zaman məsələsi" olduğunu bildirmişdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ