ABŞ, İsrail və İran arasında gərginləşən münaqişə 18-ci gündür ki, qarşılıqlı cavab tədbirləri ilə davam edir.
Turkustan.az xəbər verir ki, hər iki tərəfin açıqlamaları bölgədə gərginliyi daha da artırıb.
İsrail Təl-Əvivdən verdiyi açıqlamada, İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin Tehrana hücum zamanı öldürüldüyünü iddia etdi. Lakin İran bu iddianı qəti şəkildə təkzib etdi.
Öldüyü iddiaları ilə bağlı son zamanlar xəbərlərdə yer alan İsrail Baş naziri Binyamin Netanyahu da video mesajında Laricaninin ölümünü təsdiqləyərək bildirib: "Bu səhər İranı faktiki olaraq idarə edən qanqster dəstəsi olan İnqilab Keşikçilərinin rəhbəri Əli Laricanini məhv etdik".
Netanyahu çıxışına davam edərək, "Qələbəyə çox yaxınıq. İranda üsyan istəyirik" deyə əlavə edib: "Bilirik ki, İran xalqının dini rejimi devirməsi bir gecədə baş verməyəcək, bu asan olmayacaq. Amma davam etsək, onlara taleyini öz əllərinə almaq imkanı verəcəyik".
Aytən Yaşar/ Turkustan.az