İstanbulda Əminə Ərdoğanın iştirakı ilə "Sıfır Atıq Forumu" keçirilib


Dünən İstanbul şəhərindəki Atatürk Hava Limanında "Sıfır Atıq Vəqfi" nin təşkilatçılığı ilə beynəlxalq "Sıfır Atıq Forumu" keçirildi. Dünyanın dörd bir yanından gələn dövlət nümayəndələrinin, beynəlxalq quruluşların, iş dünyasının, bilim insanlarının, qeyri-hökümət təşkilatlarının, Türkiyəli nazirlərin, millət vəkillərinin, TİKA, YTB kimi dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə gerçəkləşən Forumda çıxış edən Türkiyə Prezidentinin xanımı, Birləşmiş Millətlər Təşkilatının Sıfır Atıq üzrə Yüksək Səviyyəli Məşvərət Şurasının sədri və Sıfır Atıq Vəqfinin fəxri prezidenti Əminə Ərdoğan bu Forumu insanlıq ailəsinin ortaq bir ideal ətrafında birləşdiyi tarixi bir görüş olduğunu bildirərək, bu iştirakın Türkiyə Prezidentinin "Dünya beşdən böyükdür, çünki insanlıq beşdən böyükdür" mesajının konkret bir təzahürü olduğunu vurğuladı.

183 ölkədən iştirakçının yer aldığı Sıfır Atıq Forumunda çıxış edən Ə. Ərdoğan vurğuladı ki, insanlığın ortaq yaddaşını daşıyan, mədəniyyətlərin görüşdüyü, dünyanın ən uzun ömürlü paytaxtı olan İstanbul bu gün sayı 500-ü keçən qurum və quruluşu, beş mindən çox iştirakçıyı qonaq etdi.

O, çıxışı zamanı bildirdi ki: " İsraf edilən hər tikədə gələcəyi o tikədən asılı olan saysız-hesabsız insanın haqqı var, bu səbəbdən qida israfının 60%-i evlərdə baş verir. Ən kədərli olanı zibilə atdığımız qidanın yalnız dörddə birini xilas etməklə qlobal aclığa son qoya biləcəyimizi bildiyimiz halda bu ciddi ziddiyyəti aradan qaldırmamağımızdır. Bir yandan zibil qutuları dolub daşarkən və əl dəyilməmiş qidalar zibil maşınlarına yüklənirkən digər tərəfdə isə boş qalan boşqablar və sönmüş ümidlər hamımız üçün çox ağır bir vicdan yüküdür.

Ən ağır yükü daşıyanların ön sıralarda yer almadığı həmrəylik natamamdır.

Arzum budur ki, buradan yüksələcək sinerji ortaq gələcəyimiz üçün yepyeni başlanğıclara səbəb olsun. Bu anlamlı görüş və bu forumun təşkilində göstərdikləri böyük səylərə görə Sıfır Atıq Vəqfimizə təşəkkür edirəm, onlar dünyanın ən əhatəli beynəlxalq ətraf mühit toplantılarından birinə ev sahibliyi edirlər".

Forumda İordaniya Prensi Dana Firas, Zimbabve Respublikasının birinci xnımı Auxillia Mnangagva, Burundi Respublikasının birinci xanımı Angelina Ndayişimiye, BM Sıfır Atıq Məşvərət Şurasının sədr müavini Jose Manuel Moller, Rusiya Federasiyası Prezidentinin köməkçisi və İqlim Özəl təmsilçisi Ruslan Edelgeriyev və bir çox rəsmi şəxslər iştirak edirdi.

Qeyd edim ki, "Sıfır Atıq Forumu" çərçivəsində gerçəkləşən "Sıflr Atıq Festivalı" Atatürk Hava Limanında İyun ayının 7 -nə qədər davam edəcək.

Yaqut Misirxanlı
İstanbuldan xüsusilə "Türküstan" üçün

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ