Husilər Səudiyyə Ərəbistanına dəniz blokadası elan etdi


Yəməndə İranın dəstəklədiyi husi hərəkatı Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası tətbiq etdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, husilərin hərbi sözçüsü Yəhya Seri bildirib ki, Səudiyyə Ərəbistanı son 12 il ərzində Yəmənə qarşı quru, dəniz və hava blokadası tətbiq edib, liman və hava limanlarını mühasirədə saxlayaraq ölkənin sərvətlərini talan edib və əhalini ağır humanitar vəziyyətə salıb.

Serinin sözlərinə görə, bu blokadanın heç bir hüquqi və humanitar əsası yoxdur və Yəmən xalqı üçün ciddi fəsadlar yaradıb. O, həmçinin Səudiyyə Ərəbistanını Səna Beynəlxalq Hava Limanına hücum etməkdə ittiham edib.

Husi rəsmisi bildirib ki, kütləvi aksiyalarda səsləndirilən tələblərə uyğun olaraq Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası tətbiq edilib və qərar açıqlandığı andan qüvvəyə minib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ