ABŞ Prezidenti Donald Tramp İranı sərt şəkildə hədələyərək, ABŞ hərbçilərinə qarşı hücumların cavabsız qalmayacağını bildirib.
Turkustan.az xəbər verir ki, Tramp Truth Social platformasında paylaşdığı açıqlamada deyib:
"İran öldürdüyü hər bir Amerika əsgərinə görə on qat ödəyəcək. Bu təlimatı müdafiə naziri Pit Heqsetə, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Daniel Keynə və Silahlı Qüvvələrin bütün rəhbərliyinə vermişəm."
Bu açıqlama fonunda ABŞ-ın İranın Mərkəzi ostanının Xomeyn şəhərində yerləşən sənaye obyektinə zərbə endirdiyi bildirilib.
İran dövlət televiziyasının məlumatına görə, hücum yerli vaxtla saat 19:00 radələrində baş verib.
Mərkəzi ostanının qubernatorluğu hücum nəticəsində ölən olmadığını açıqlayıb. Bildirilib ki, hadisə yerində dəyən maddi ziyanın miqyası ilə bağlı araşdırmalar davam edir.
Aytən Yaşar/ Turkustan.az