ABŞ-ın vitse-prezidenti J.D. Vens və həyat yoldaşı Uşa Vens dördüncü dəfə valideyn olublar.
Turkustan.az xəbər verir ki, "Sky News"un məlumatına görə, cütlüyün Alec Neil Vance adını verdikləri oğulları bazar günü Merilend ştatının Bethesda şəhərində yerləşən Walter Reed Milli Hərbi Tibb Mərkəzində dünyaya gəlib.
41 yaşlı J.D. Vance övladının doğulduğunu sosial media hesabında paylaşaraq sevincini bölüşüb.
"Oğlumuz Alec Neil Vance-in bu səhər dünyaya gəldiyini böyük məmnuniyyətlə elan edirik. Uşa və körpə özlərini yaxşı hiss edirlər və sağlamdırlar. Digər övladlarımız da kiçik qardaşları ilə tanış olduqları üçün çox sevinirlər", – deyə, paylaşımda bildirilib.
Aytən Yaşar/ Turkustan.az