Nyu-York meri Zöhran Mamdani sentyabrda İsrailin Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasında iştirak etmək üçün şəhərə səfəri zamanı onun saxlanılması ehtimalını istisna etmədiyini bildirib.
Turkustan.az xəbər verir ki, o, Netanyahunu Beynəlxalq Cinayət Məhkəməsinin barəsində həbs orderi çıxardığı hərbi cinayətkar adlandırıb və şəhər rəhbərliyinin qanun çərçivəsində hərəkət edəcəyini vurğulayıb.
Bununla yanaşı, mer bu məqsədlə xüsusi qanunlar qəbul etməyəcəklərini də qeyd edib.
"Nyu-York şəhərində qanunun mənə imkan verdiyi hər şeyi edəcəyik, lakin bunun üçün öz qanunlarımızı yazmayacağıq", – deyə Mamdani bildirib.
Bizim.Media