İsrailin Baş naziri Binyamin Netanyahunun ABŞ-ın İrana qarşı son hücumları və Tehranın cavab addımlarından sonra artan regional gərginliyi müzakirə etmək üçün bu axşam yüksək səviyyəli təhlükəsizlik iclası keçirəcəyi bildirilir.
Turkustan.az xəbər verir ki, "Haaretz" qəzetinin məlumatına görə, iclasda bəzi nazirlər və yüksək rütbəli hərbi rəsmilər iştirak edəcək.
Məlumata əsasən, görüşdə ABŞ-ın İrana qarşı son hərbi əməliyyatları, İranın cavab zərbələri və bölgədə yaranmış təhlükəsizlik vəziyyəti müzakirə olunacaq.
İsrail mediası da ABŞ-ın yaxın günlərdə İrana qarşı hava əməliyyatlarının miqyasını genişləndirməyə hazırlaşdığını, bu məqsədlə Yaxın Şərqə əlavə qırıcı təyyarələr və havada yanacaq dolduran təyyarələr göndərdiyini yazır.
Xatırladaq ki, ABŞ və İran 14 iyunda İslamabad sazişini imzalayaraq yekun razılaşmaya nail olmaq üçün 60 günlük danışıqlar prosesinə başlamışdı. Lakin ABŞ ordusu 8 iyulda İrana qarşı yeni hücumlar həyata keçirib, Tehran isə buna cavab olaraq regiondakı ABŞ hərbi bazalarını hədəfə alıb.
Aytən Yaşar/ Turkustan.az