Zelenski yüksək rütbəli hərbi komandanlarla müşavirə keçirdi


Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin yüksək rütbəli hərbi rəhbərliyi ilə geniş tərkibli müşavirə keçirib.

Turkustan.az xəbər verir ki, görüşdə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Vladimir Qorbatyuk, Birləşmiş Qüvvələrin komandanı Mixaylo Drapatı, Üçüncü Ordu Korpusunun komandiri Andrey Biletski, 2-ci Korpusun komandiri İqor Obolenski, Hava-Desant Hücum Qüvvələrinin komandanı Oleq Apostol və "Azov" 1-ci Korpusunun komandiri Denis Prokopenko iştirak ediblər.

Zelenski bildirib ki, müşavirədə Ukraynanın müdafiə strategiyası, tərəfdaş ölkələrlə hərbi əməkdaşlıq və silah tədarükü müqavilələrinin icrası müzakirə olunub.

"Biz Ukraynanın müdafiə strategiyasını və tərəfdaşlarımızla əməkdaşlığın detalları üzərində işləyirik. Təchizat müqavilələrinin icrasını sürətləndiririk", – deyə, Zelenski vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ