Rusiyanın iyulun 20-də günorta saatlarında Ukraynanın Odessa şəhərinə endirdiyi zərbələr nəticəsində azı 3 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.
Turkustan.az xəbər verir ki, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak "Telegram" kanalında açıqlama verib.
Lısak bildirib ki, axtarış-xilasetmə əməliyyatı davam edir və dağıntılar altında insanların ola biləcəyi istisna edilmir.
Daha sonra Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti hücum nəticəsində yaralıların sayının 6-ya çatdığını açıqlayıb. Məlumata görə, zərbə nəticəsində texnika yanıb, həmçinin qaz kəmərinə ziyan dəyib.
Aytən Yaşar/ Turkustan.az