Tramp andiçmə mərasiminə hazırlaşır - Seçilmiş prezidentdən ilk təyinatlar


ABŞ prezident seçkilərində qalib gələn respublikaçı Donald Tramp 2025-ci il yanvarın 20-də keçirilməsi planlaşdırılan andiçmə mərasiminə cavabdeh olan komitə yaradıb.

Turkustan.az Associates Press-ə istinadla xəbər verir ki, bununla bağlı özü bildirib: "Bu, administrasiyamın başlanğıcı olacaq"

Trampın 2 tərəfdarı, Florida ştatından olan investor Stiven Uitkoff və keçmiş Corciya senatoru Kelli Loeffler komitənin həmsədrləri təyin ediliblər.

O, hələ ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası ilə hakimiyyətin ötürülməsi üçün zəruri olan bir sıra keçid sənədlərini imzalamayıb. Xüsusilə, Tramp ofis sahəsinə, rabitə və avadanlıqlara çıxış əldə etmək üçün memorandum imzalamayıb.

Proseslə tanış olan CNN mənbəsi keçid qanununa əsasən tələb olunan etik razılaşmanın təfərrüatlarının Bayden administrasiyası ilə hələ də işləndiyini bildirib.

Trampın müşaviri də bildirib ki, keçid komandasının əsas prioriteti yüksək hökumət vəzifələrinə namizədlərin seçilməsi və yoxlanılmasıdır.

Seçilmiş prezident və Bayden noyabrın 13-də Oval kabinetdə görüşəcəklər. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ