“Tramp müharibələri dayandırsa, Nobel mükafatına layiq görülməlidir" - Lukaşenko


“ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp müharibələri dayandıra bilsə, o, Nobel mükafatına layiq görülməlidir”.

Turkustan.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko media nümayəndələri ilə görüş zamanı deyib.

Lukaşenko vurğulayıb ki, Tramp seçki kampaniyası zamanı müharibələrə, o cümlədən Ukrayna münaqişəsinə son qoyacağına söz verib.

Xatırladaq ki, Trampı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edən Lukaşenko Amerikanın yenidən möhtəşəm olmasını arzuladığını bildirmişdi. /azpolitika.info/


MANŞET XƏBƏRLƏRİ