İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç vasitəçi ölkələr olan ABŞ, Misir və Qətərin Təl-Əviv və Həmas arasında əsir mübadiləsi və Qəzza zolağında atəşkəs çağırışının "təhlükəli tələ" olduğunu iddia edib.
Turkustan.az xəbər verir ki, dünən dərc edilən birgə bəyanatda ABŞ, Misir və Qətər avqustun 15-də Qahirə və ya Dohada danışıqlara yenidən başlamaq üçün Qəzzada atəşkəs və əsir mübadiləsinə çağırıb. Birgə bəyanatda; Bildirilib ki, atəşkəs və girov və məhbusların azad ediləcəyi ilə bağlı razılığa gəlməyin vaxtı çatıb.
Smotriç sosial media hesabından vasitəçi ölkələrin çağırışı ilə bağlı açıqlama verib.
Vasitəçi ölkələrin çağırışının “təhlükəli tələ” olduğunu iddia edən Smotrich, baş nazir Binyamin Netanyahudan “bu tələyə düşməməyi” istəyib. Smotrich Netanyahunu məhbus mübadiləsi danışıqları ilə bağlı elan etdiyi "qırmızı xətlər"də güzəştə getməməyə çağırıb.
Smotriç “HƏMAS-ı tam məhv etmədən” Qəzzaya hücumların dayandırılmasının əleyhinə olduğunu bir daha təkrarladı və vasitəçi dövlətlərin İsraili “təslim olmaq” mənasını verən razılaşmaya məcbur etdiyini müdafiə edib.
Dünən dərc edilən birgə bəyanatda ABŞ, Misir və Qətər İsrail və HƏMAS-ı Qəzzada atəşkəs yaratmağa və əsir mübadiləsi üçün danışıqlara yenidən başlamağa çağırıb.
Eltac Zülfüqaroğlu/Turkustan.az