ÜST: Qəzzadan 10 mindən çox yaralı və xəstələrin təxliyəsi lazımdır


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünən 10 mindən çox yaralı və xəstələrin müalicə üçün Qəzzadan təxliyə edilməli olduğunu açıqlayıb.

Turkustan.az xəbər verir ki, ÜST mayın 7-də Rəfah Sərhəd Qapısı bağlandıqdan sonra Qəzza zolağından müalicə üçün heç bir xəstənin təxliyyə edilmədiyini və 2 mindən çox insanın kritik həyati xilasetmə müalicəsi ala bilməyəcəyini açıqlayıb.

Tibbi təxliyyələrin mümkün olan hər vasitə ilə həyata keçirilməli olduğunu vurğulayan ÜST, "Travmatik yaralanmalar, xərçəng, ürək, ruhi sağlamlıq və digər xəstəliklər də daxil olmaqla, tibbi yardım üçün Qəzzadan 10 mindən çox insanın təxliyə edilməsi lazımdır" dedi. ÜST qeyd edib ki, Rafahdan Misirdəki xəstəxanalara, Karem Şalomdan İordan çayının qərb sahilindəki və Şərqi Qüdsdəki xəstəxanalara tibbi evakuasiya aparılmalıdır.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ