Ərəb ölkələri Türkiyənin Qəzzaya qoşun yeritmək təklifindən İMTİNA EDİB


Qəzza zolağında müharibə başlayanda Türkiyə ərəb ölkələrinə təhlükəsizlik planı təklif edib.

Qeyd olunur ki, plana əsasən, Türkiyə və ərəb ölkələri birgə hərbi qüvvələr yaradaraq Qəzza zolağında yerləşdirməli idilər.

Turkustan.az xəbər verir ki, bu barədə “ "Yeni Şafak” yazıb.

Lakin ərəb ölkələri, o cümlədən Misir bu təklifi rədd edib. Bundan əlavə, ərəb ölkələri Qəzza zolağında öz qoşunlarını yerləşdirmək fikrindən imtina ediblər.

Bu planın ərəb ölkələrinə səfəri zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan tərəfindən irəli sürüldüyü vurğulanır./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ