Mayın 4-də arxiyepiskop Baqrat Qalstanyan bütün ermənilərin katolikosu II Qareginin xeyir-duası ilə Ermənistanın Tavuş vilayətindən yürüşə başlayıb və mayın 9-dan etibarən İrəvanda Ermənistan hakimiyyətinin sərhədlərin delimitasiyası məsələsi ilə bağlı siyasətinə qarşı etiraz aksiyaları elan edib.
Arxiyepiskop Paşinyanın istefasını tələb edib.
Bəs etirazçılar Paşinyanı istefaya göndərə biləcəkmi? Əgər nümayişlər Ermənistanda hakimiyyət dəyişikliyinə gətirib çıxarsa, Azərbaycanla Ermənistan arasında gərginlik yenidən alovlana bilərmi?
Mövzu ilə bağlı politoloq Cümşüd Nuriyev Turkustan.az-ın suallarını cavablandırıb.
Politoloq bildirib ki, “ermənilərin dövləti olmadığı üçün kilsə dövlət kimi fəaliyyət göstərir. Bu günə qədər konstitusiya dövləti dindən ayırsa da, ermənilər hələ də eyni şeyi edirlər. Yəni bu ölkə tealoji ölkə deyil ki, deyəsən ki, burada kilsə bu işlərə qarışmalıdır. Qaregin əslində dövlət çevrilişinə cəhddə ittiham olunmalıdır. Bu, Ermənistanın işidir. Amma Baqratın özü 90-cı illərdə Azərbaycana qarşı soyqırımında iştirak etmiş adamdır. Mən bilmirəm ki, Azərbaycan tərəfi niyə ona qarşı cinayət işi qaldırmayıb? Amma hər halda onun barəsində cinayət işi açılsa, interpola verilsə, daha yaxşı olar. Çünki bu adamı Qarabağdan tanıyıram, o vaxtı Daşnaksütun partiyasının silahlı qüvəllərinin başında duranlardan biri idi.
II Qaregin xeyir-dua verməklə böyük səhv edib. Amma onlar Ermənistanda hakimiyyəti devirə bilməyəcəklər. Çünki Qərb və Fransa artıq dünən Almatıda keçirilən görüşə dəstək bəyanatı verdilər və belə görünür ki, ağırlıq mərkəzi artıq İrəvandan Tiflisə keçir. Ermənistanda rəngli inqilab uğursuz oldu. Bunu Gürcüstanda həyata keçirməyə çalışacaqlar. Paşinyanın istefasını verməyə çağırırlar amma Paşinyan bundan yenə qalib ayrılacaq. Çünki Paşinyan özü meydandan gəlmişdi və Paşinyan meydanda hansı hərəkətlərin ola biləcəyini, necə təxribat hazırlamağın müəllimi idi. Çünki o, Sorosun övladıdır”.
Politoloq əlavə olaraq bildirib ki, “buna görə də ABŞ Paşinyanın hakimiyyətdən getməsinə imkan verməyəcək və ABŞ onun Rusiyaya qarşı son mövqeyindən məmnundur. Ona görə də çevriliş olacağı fikri inandırıcı görünmür. Amma çevriliş olarsa, gələcək yeni hökumət mütləq Azərbaycan ərazisini işğal etmək istəyəcək və bu, Azərbaycana o zaman qeyri-qanuni yollarla onlara verilmiş Göyçə və Zəngəzuru qanuni yolla geri qaytarmağa imkan verəcək. Biz bacardıq və bacaracayıq da. Ona görə qoyaq ermənilər fikirləşsin, biz niyə fikirləşirik”.
Eltac Zülfüqaroğlu/Turkustan.az