Çinin sirli təyyarəsi ilk dəfə havada göründü


Çinin 2019-cu ildə Pekində keçirilən Milli Gün Paradında təqdim etdiyi "sirli" yüksək hündürlükdə, yüksək sürətli kəşfiyyat təyyarəsi WZ-8 ilk dəfə səmada görünüb. WZ-8, Xian H-6 bombardmançısının altında yerləşdirilib.

Turkustan.az xəbər verir ki, səsdən üç qat daha sürətli olduğu və təxminən 30 kilometr yüksəkliyə qalxa bilən WZ-8 kəşfiyyat təyyarəsinin Xian H-6 bombardmançı təyyarəsinin altına yerləşdirildiyi görülüb.

Çinin sirli WZ-8 kəşfiyyat təyyarəsindən Cənubi Asiya kəşfiyyat fəaliyyətlərində, ilk növbədə Tayvan, Cənubi Koreya və Yaponiyada istifadə edəcəyi gözlənilir.

Bildirilir ki, Xian H-6 bombardmançı təyyarəsinin altında görünən və öz başına havaya qalxa bilməyən WZ-8 kəşfiyyat təyyarəsi, mövcud dronlardan fərqli olaraq, müəyyən yüksəkliyə çatdıqdan sonra səmada uçuşa başlaya bilər.

Bildirilir ki, WZ-8 pilotsuz uçuş aparatı peyklərin effektiv olmadığı bölgələrdə kəşfiyyat məlumatlarının toplanmasında funksional ola bilər.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ