Çin Tayvanla gərginliyi artırdı


Tayvan ölkə daxilində Çin Xalq Azadlıq Ordusuna aid 103 döyüş təyyarəsinin aşkarlandığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Tayvan Müdafiə Nazirliyindən verilən açıqlamada, “Bu gün saat 06:00-a qədər Tayvan ətrafında 103 Çin Xalq Azadlıq Ordusunun təyyarəsi və 9 Çin Xalq Azadlıq Donanmasının gəmisi aşkar edilib. "Tayvan Silahlı Qüvvələri vəziyyəti izləyir və bu fəaliyyətlərə cavab vermək üçün təyyarələr, dəniz gəmiləri və quru raket sistemləri yerləşdirib" dedi.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ