Makronun gərginliyi azaltmaq üçün etdiyi çıxış əks nəticə verdi - FOTOLAR


Fransa prezidenti Emmanuel Makron xalqa müraciət edərək bildirib ki, pensiya islahatı lazımdır və bu, ölkəni yandırıb. Ölkədəki gərginliyi azaltmaq istəyən Makronun çıxışından sonra Lion başda olmaqla bir çox şəhərlərdə küçə etirazları yenidən pik həddə çatıb.

Turksutan.azxəbər verir ki, Fransada martın 16-da hökumətin pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini səsvermə olmadan qəbul etməsindən sonra kütləvi nümayişlər başlayıb. Ölkə daxilində təşkil edilən etirazlarda 1000-dən çox adam saxlanıldığı halda, ölkənin bir çox yerində nümayişlərə sərt şəkildə müdaxilə edən polislə nümayişçilər arasında şiddətli insidentlər yaşanır.

Fransa prezidenti Emmanuel Makron xalqa müraciətində pensiya yaşını 62-dən 64-ə qaldıran islahatlara qarşı ümummilli etirazları dəyərləndirib. İslahatın yaratdığı qəzəbi eşitdiyini, lakin bu tənzimləmənin zəruri olduğunu ifadə edən Makron, "Bu dəyişikliklər hər kəsin pensiyaya çıxmasını təmin etmək üçün lazım idi" dedi və daha çox işin bütün ölkə üçün daha çox rifah yaradacağını müdafiə edib.

Qiymətlərin artdığını və gəlirlərinin bir çox fransıza yaxşı yaşamaq imkanı vermədiyini ifadə edən Makron, çıxışının ölkənin etirazlar və tətillər dövründən uzaqlaşmasına kömək edəcəyinə ümid etdiyini bildirib.

Lakin bu çıxışdan sonra ölkədə gərginlik yenidən pik həddə çatıb. Başda Lion olmaqla bir çox şəhərdə küçələrə çıxan nümayişçilər Makronu bir daha geri addım atmağa çağırıb.

Macron'un ulusa sesleniş konuşması ters tepti! Emeklilik reformu karşıtları

Macron'un ulusa sesleniş konuşması ters tepti! Emeklilik reformu karşıtları

Macron'un ulusa sesleniş konuşması ters tepti! Emeklilik reformu karşıtları

Eltac/Turksutan.az


MANŞET XƏBƏRLƏRİ