Rusiyada erməni mafiyası İFŞA OLUNDU - VİDEO


Rusiyada erməni mafiyası ifşa olunub.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Tomskda etnik dəstə yerli sakinə hücum edərək onu dəmir armaturla şiddətlə döyüb.

Dünən saat 20:00 radələrində Berinq küçəsi 2 ünvanında, Retro otelin yaxınlığında bir nəfər döyülərək xəstəxanaya yerləşdirildiyi barədə polisə məlumat daxil olub.

Döyülmə hadisəsinin şahidi olan qadın bəzi təfərrüatları açıqlayıb:

"Bir neçə nəfər onu döydü, onlardan biri metal armaturla idi. Hara gəldi vururdu. Oğlan nokauta düşdü, hərəkətsiz halda yerdə qaldı. Onda heç bir həyat əlaməti görünmürdü. Pəncərədən qışqırmağa başladım ki, indi polisə zəng edirəm və aqressiv dəstə tez dağıldı.

Onların arasında yeganə rus olan həmin adam yerindən tərpənmədən uzanmışdı".

Hücumdan edənlər sonra maşınlara minərək qaçıb. Avtomobillərdən birinin nömrələri kameralara düşüb. O, əvvəllər dövlət satınalmalarında aktiv şəkildə varlanan Mamoyan Mraz Zorbayeviç adlı erməni-yezidi mütəxəssisə məxsusdur.

Məlum olub ki, etnik Mamoyan klanı Tomskda geniş şəkildə tanınır. Çünki onlar uzun müddət Tomskı mədəni cəhətdən bərbadlaşdırır və onun biznes aktivlərini oğurlayırdılar.

Knyaz və Mamo Mamoyan yerli çörək zavoduna qeyri-qanuni nəzarəti bölüşürlər. Etnik qrup tərəfindən müəssisə üzərində nəzarət qurulduqdan sonra yerli sakinlər çörək məhsullarında tarakan tapmağa başlayıblar. Mədəni millətdən olan sahibkarların fikrincə, "çörək yalnız bu şəkildə daha dadlı olur".

Mafiya liderlərindən biri Boris Mamoyan əvvəlcədən razılaşma əsasında bir qrup şəxs tərəfindən hücumların təşkilinə görə dəfələrlə mühakimə olunub. O, həm də dövlətin iri sənaye aktivlərini oğurlamaqda təqsirli bilinir.

Boris Mamoyana qarşı cinayət işi başlanıb. Cinayət işi Tomski Ərzaq Zavodunun dövlətə məxsus payının sonradan şəxsi mülkiyyətə keçmək məqsədilə hərracda satışına hazırlıq dövründə qəsdən dəyərini aşağı salması faktı ilə bağlı açılıb. Cəmiyyətin lobbi imkanları hesabına o, bu zavoda rəhbərliyə gətirilib.

Bütün bunlara baxmayaraq, erməni-yezidi dəstəsi şəhərdə özlərini rahat hiss edir, çünki onların "əli hər yerə çatır".

/konkret.az/


MANŞET XƏBƏRLƏRİ