Hindistanda yeni virus - 82 uşaq "pomidor qripi"nə yoluxdu


Hindistanda 80-dən çox uşaqda "pomidor qripi"nə yoluxub.

Turkustan.az xəbər verir ki, bu barədə Hindistanın "İndia Today" qəzeti məlumat yayıb.

Məlumata görə, Hindistanın səhiyyə orqanları infeksiya ilə mübarizə aparmaq üçün kampaniyaya başlayıb. Nəşrin məlumatına görə, təkcə Kerala şəhərində 82 körpədə bu virus aşkar edilib.

Xəstəliyin simptomlarına yüksək hərarət, qırmızı qabarcıqlar, ürəkbulanma və oynaq ağrısı daxildir.

"Bu, həyati təhlükəsi olmayan bir xəstəlikdir, lakin yoluxucudur və insandan insana keçə bilər", - deyə nəşr ekspertlərə istinadən qeyd edib.

Hindistan səlahiyyətliləri infeksiya nəticəsində hələlik ölüm faktı qeydə almayıb. /modern.az/


MANŞET XƏBƏRLƏRİ