Putin dekabrda ABŞ-a gedəcək? Trampdan açıqlama


ABŞ Prezidenti Donald Tramp Rusiyanın dövlət başçısı Vladimir Putinin dekabrda Floridada keçiriləcək G20 sammitində iştirak edəcəyini gözlədiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Tramp Ağ Evin bağçasında təşkil etdiyi tədbirdə gələn ay Mayamidə baş tutacaq G20 Liderlər Zirvə Görüşü ilə bağlı danışıb.

Sammitin mühüm beynəlxalq toplantı olacağını bildirən Tramp deyib: “Dünyanın ən vacib 20 liderinin hamısı orada olacaq”.

ABŞ mediası Trampın bu açıqlamasını Putinin də sammitdə iştirak edəcəyinə dair gözlənti kimi şərh edib.

Dekabrın 14-15-də Mayamidə keçiriləcək G20 Liderlər Zirvə Görüşündə dünyanın aparıcı 20 iqtisadiyyatının nümayəndələrinin iştirakı gözlənilir.

Rusiya Prezidenti Vladimir Putin isə məsələ ilə bağlı son açıqlamasında sammitə qatılıb-qatılmayacağı barədə hələ qərar vermədiyini və iştirak məsələsini düşündüyünü bildirib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ