İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa İrana qarşı yeni birgə hərbi əməliyyat keçirilməsi üçün təzyiq göstərməyə davam edir.
Turkustan.az xəbər verir ki, Vaşinqton administrasiyası isə Körfəz ölkələrinin etirazları, İranın mümkün cavab zərbələri və neft qiymətlərinin artması riskləri səbəbindən qərar verməkdə ehtiyatlı davranır.
İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, Netanyahu ABŞ-ın ilin sonuna qədər bölgədəki hərbi mövcudluğunu azalda biləcəyindən narahatdır. Bu səbəbdən o, Vaşinqtonu İrana qarşı dörd-yeddi gün davam edəcək birgə hava hücumu keçirməyə razı salmağa çalışır.
Bildirilir ki, İsrailin Baş naziri daxili siyasi mübarizə fonunda da İrana qarşı yeni hücumlar məsələsində israrlı mövqe tutur. Netanyahu müxalifət lideri Qadi Eisenkotun hökumət qurmaq cəhdlərinin qarşısını almağa çalışdığı bir vaxtda diqqəti yenidən İranla hərbi qarşıdurmaya yönəldir.
Aytən Yaşar/Turkustan.az