PJB Azərbaycan–Özbəkistan media əməkdaşlığını gücləndirən layihəyə başlayır


Parlament (Tərəfsiz) Jurnalistlər Birliyi “Şəhər təşəbbüslərində medianın rolu: Azərbaycan–Özbəkistan təcrübə mübadiləsi” adlı layihənin icrasına başlayır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçiriləcək layihənin əsas məqsədi iki ölkə arasında media əməkdaşlığını genişləndirmək, jurnalistlər arasında peşəkar təcrübə mübadiləsini təşviq etmək, şəhər təşəbbüslərinin və tarixi-mədəni irsin qorunmasının təbliğində medianın rolunu gücləndirməkdir.

Layihə çərçivəsində Parlament (Tərəfsiz) Jurnalistlər Birliyinin 6 üzvünün Daşkəndə səfəri nəzərdə tutulur. Özbəkistanın paytaxtında hər iki ölkənin media və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə konfrans təşkil olunacaq. Layihənin əsas təşəbbüslərindən biri Azərbaycan–Özbəkistan Media Əməkdaşlıq Koalisiyasının yaradılması olacaq.

Nümayəndə heyətinin üzvləri Daşkənddə “Vətəndaş cəmiyyəti həftəsi” (Fuqarolik jamiyati haftaligi) çərçivəsində keçirilən tədbirlərdə, həmçinin Özbəkistan jurnalistlərinin forumunda iştirak edəcəklər.


MANŞET XƏBƏRLƏRİ