Nərman Qocatürkün sirli ölümü: rektor həbs edilir? – AÇIQLAMA


Bakı Dövlət Universitetinin müəllimi Nəriman Süleymanovun (Nərman Qocatürk) ölümü ilə bağlı yayılan məlumatlar geniş müzakirələrə səbəb olub. Belə ki, onun həyat yoldaşı müəllimin intihar həddinə çatdırıldığını iddia edib və hadisədə adını çəkmədiyi rektorun rol oynadığını deyib.

Bəs bu iddialar hüquqi müstəvidə hansı nəticələrə səbəb ola bilər? Özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açıla bilərmi və həmin rektorun hüquqi məsuliyyət gündəmə gələ bilərmi?

Turkustan.az xəbər verir ki,Globalinfo.az-a danışan keçmiş müstəntiq Müşfiq Abbasov deyib ki, hadisə ilə bağlı prokurorluq orqanları tərəfindən hər bir halda cinayət işi başlanmalıdır:

“Bəlkə də artıq Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb. 125-ci maddə ilə cinayət işi başlanarsa, həmin maddənin sanksiyasında təqsirli şəxslər müəyyən olunduğu halda üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Hər halda, istintaq orqanı tərəfindən araşdırılmalıdır ki, Nəriman müəllim nə üçün belə qərar qəbul edib və özünü həyatdan məhrum edib. Təbii ki, onu buna vadar edən səbəblər olub. Həmin səbəblər ətraflı araşdırılmalıdır. 125-ci maddənin özünəməxsus cəhəti ondan ibarətdir ki, burada özünü öldürən şəxslə onu bu işə vadar edən şəxs arasında hansısa asılılıq olmalıdır. Bu, xidməti asılılıq, maddi asılılıq və ya digər formada ola bilər. Hər bir halda burada asılılıq tələb olunur”.

Musfiq Abbasov

Müşfiq Abbasov

M.Abbasov daha bir məsələyə toxunub:

“Əgər ona qarşı sosial şəbəkələrdə hansısa neqativ məlumatların paylaşılması nəticəsində bu intihar baş veribsə, burada 125-ci maddədən əlavə, digər maddələr də istintaq orqanı tərəfindən qiymətləndiriləcək. Hər bir halda cinayət işi başlanmalı və istintaq-əməliyyat tədbirləri həyata keçirilməlidir”.


MANŞET XƏBƏRLƏRİ