NATO-Rusiya savaşı yaxınlaşır?


Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Rusiya Federasiyası ilə müharibəsi qaçılmaz deyil. Lakin Moskva alyans üçün təhdid təşkil edir.

Turkustan.Az xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Aleksus Qrinkeviç LSM nəşrinə verdiyi müsahibədə danışıb.

“Hesab edirəm ki, zərurət yaranmazdan əvvəl, hazırkı dövrdə bu dayanıqlılığı gücləndirmək çox vacibdir. Bununla belə, bir daha vurğulayıram ki, münaqişəni qaçılmaz hesab etmirəm. Biz sadəcə olaraq buna hazır olduğumuza əmin olmalıyıq”, – deyə NATO-nun baş komandanı qeyd edib.

Qrinkeviçin sözlərinə görə, hərbi-siyasi blokun potensialının artırılması ABŞ Prezidenti Donald Trampın “güc yolu ilə sülh” prinsipinin praktikada tətbiqidir.

O əlavə edib ki, ehtimal olunan müharibəyə hazırlıq prosesi əslində toqquşmadan yayınmağın ən yaxşı yoludur.

General həmçinin bildirib ki, müttəfiqlər alyans institutlarının daha da möhkəmləndirilməsi üçün Latviya və NATO-nun şərq cinahında yerləşən digər dövlətlərin təcrübəsindən dərs çıxara bilərlər. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ