Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin “Patriot” hava hücumundan müdafiə sistemləri üçün 500 raketin alınmasını maliyyələşdirmək məqsədilə tərəfdaş ölkələri cəlb etməyə çalışacağını bildirib.
Turkustan.az xəbər verir ki, o, raketlərin tədarükünü sürətləndirmək üçün tərəfdaşlarla prioritetlərin dəyişdirilməsi barədə razılaşmalar əldə etməyi də planlaşdırdıqlarını qeyd edib.
Zelenski bu barədə Türkiyədə jurnalistlərlə söhbəti zamanı danışıb. O, ABŞ-ın Ukraynaya 500 “Patriot” raketinin satışına razılıq verməsini və qarşıdan gələn qış mövsümündə raket tədarükünün perspektivlərini şərh edib.
“Bu qış nə baş verəcəyini anlayırıq. Lakin bu, kifayət deyil. Bu, 500 raketə sahib olmaq üçün yetərli deyil. ABŞ-a minnətdarıq. Bu, çox yaxşı təklifdir. Əlbəttə, bunun üçün vəsait toplamalıyıq. Əminəm ki, ilk növbədə Avropa tərəfdaşlarımızın dəstəyi ilə maliyyə tapa biləcəyik”, – deyə Zelenski bildirib.
Aytən Yaşar/Turkustan.az