“Müharibə istisna deyil!” — İran XİN rəhbərindən kritik bəyanat


İranın xarici işlər naziri Abbas Əraqçi “Al Jazeera” telekanalına müsahibəsində ABŞ rəsmiləri ilə birbaşa görüşün planlaşdırılmadığını, vasitəçilik edən Qətər və Pakistanın danışıqları Tehranın şərtləri çərçivəsində apardığını bildirib.

Turkustan.az xəbər verir ki, nazir ABŞ vitse-prezidenti Ceyms Devid Vensdən danışıqların bərpasına dair alınan məktubun diqqətlə araşdırıldığını və Vaşinqtonun dialoq səylərini “müsbət addım” kimi dəyərləndirdiklərini vurğulayıb. Eyni zamanda hərbi risklərə toxunan Əraqçi müharibə ehtimalını istisna etmədiklərini və istənilən ssenariyə hazır olduqlarını bəyan edib.

O, həmçinin İranın Hörmüz boğazının yenidən açılması ilə bağlı təklifinin icrası üçün verdiyi vaxtın iki günə endirildiyini diqqətə çatdırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ