Ərdoğan və Zelenski arasında İstanbul görüşü başa çatdı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İstanbulda işgüzar səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüş başa çatıb.

Turkustan.az xəbər verir ki, Dolmabahçe İş Ofisində baş tutan ikitərəfli və nümayəndə heyətləri səviyyəsindəki danışıqlar təxminən 1,5 saat davam edib.

Mərasimlə qarşılanan Ukrayna liderinin şərəfinə təşkil olunan rəsmi qarşılamada və görüşlərdə Türkiyə tərəfindən Milli Müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın, Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün, AK Partiya sözçüsü Ömər Çelik, Prezidentin Kommunikasiyalar idarəsinin rəhbəri Burhanəddin Duran və Prezidentin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç iştirak ediblər.

Ukrayna heyətində isə Müdafiə naziri Rustem Umerov və Ukraynanın Ankaradakı səfiri Nəriman Celialov yer alıblar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ