Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ölkəsinin Məkkə Birgə Müdafiə Sazişində iştirak imkanlarının qiymətləndirilməsi ilə bağlı müzakirələrin davam etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Türkiyə ilə münasibətlərin siyasi, iqtisadi və hərbi sahələrdə yüksək səviyyədə olduğunu vurğulayıb.
Şeybani Bəhreyndə keçirilən “Manama Dialoqu 2026” çərçivəsində təşkil olunan “Regional Təhlükəsizliyin Əsasları” sessiyasının açılışında çıxış edib.
Regional təhlükəsizlik balansından danışan nazir bildirib ki, bu gün heç bir ölkə öz təhlükəsizliyini regiondan təcrid olunmuş şəkildə nəzərdən keçirə bilməz.
“Fars körfəzinin təhlükəsizliyi Suriyanın regional təhlükəsizliyinin ayrılmaz hissəsidir”, – deyə Şeybani qeyd edib.
Aytən Yaşar/Turkustan.az