Polşa Prezidenti Karol Navrotski Konstitusiya Məhkəməsində konstitusiya quruluşunun pozulduğunu bəyan edib.
Turkustan.az xəbər verir ki, konstitusiya qaydalarının bərpası məqsədilə parlamentdəki siyasi qüvvələrin nümayəndələri ilə təcili məsləhətləşmələr aparacağını bildirib.
Navrotski Konstitusiya Məhkəməsinin sədri Boqdan Svetskovski və sədr müavini Bartlomey Soçanskinin vəzifələrindən uzaqlaşdırılması ilə bağlı yazılı açıqlama yayıb.
Prezident Ali Məhkəmənin birinci sədri Zbiqnev Kapinski ilə məsləhətləşdiyini və onun Konstitusiya Məhkəməsində hakimiyyəti ələ keçirən şəxslərin hərəkətlərini qanuni hesab etmədiyini bildirib.
Qanunun aliliyinin bərpasına çağıran Navrotski hökumət tərəfindən hadisə yerinə göndərilən təhlükəsizlik qüvvələrinin Konstitusiya Məhkəməsinin ərazisini tərk etməsini tələb edib.
O, həmçinin Ali Məhkəmənin həmin vaxt vəzifədə olan sədr müavini hakim Soçanskinin məhkəməyə daxil olmasına qanuni şəkildə icazə verdiyini vurğulayıb.
Navrotski ölkənin daxili təhlükəsizliyinin təhdid altında olduğunu qeyd edərək, parlamentdəki siyasi qüvvələrin nümayəndələri ilə təcili görüş keçirəcəyini açıqlayıb. Onun sözlərinə görə, müzakirələrin məqsədi siyasi vəziyyəti sabitləşdirmək və konstitusiya qaydalarını bərpa etməkdir.
Prezident ölkə konstitusiyasını müdafiə etmək üçün Konstitusiya Məhkəməsinin qarşısına toplaşan şəxslərə də təşəkkür edib.
Aytən Yaşar/Turkustan.az