Misirin paytaxtı Qahirənin qərbində mikroavtobusla yük maşınının toqquşması nəticəsində 10 nəfər ölüb, 24 nəfər yaralanıb.
Turkustan.az xəbər verir ki, Misir Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada qəzanın bu səhər Giza əyalətinin 6 Oktyabr bələdiyyəsinin 2-ci rayonunda, Mərkəzi Dairəvi Yol ilə Dabaa Yolunun kəsişməsində baş verdiyi bildirilib.
Qeyd olunub ki, toqquşma nəticəsində yaralanan 24 nəfərdən 10-nun vəziyyəti ağırdır.
Bəyanatda yaralıların müalicəsi üçün bütün zəruri resursların səfərbər edildiyi, xəstəxanaların dərman, qan və tibbi ləvazimatlarla təmin olunduğu vurğulanıb.
Aytən Yaşar/Turkustan.az