Məkkə Müdafiə Alyansında ilk baş katib təyin edildi


Məkkə Müdafiə Alyansı Ər-Riyadda keçirilən fövqəladə iclasında alyansın institusionallaşma prosesinin sürətləndirilməsi ilə bağlı qərarlar qəbul edib.

Turkustan.az xəbər verir ki, pakistanlı təqaüdçü general-leytenant Nauman Mahmud üç il müddətinə alyansın ilk baş katibi təyin olunub.

İclasda Məkkə və Mədinəyə qarşı təhdidlər qətiyyətlə pislənilib, Səudiyyə Ərəbistanının təhlükəsizliyi və ərazi bütövlüyünə dəstək vurğulanıb. Tərəflər Səudiyyə Ərəbistanını razılaşdırılmış hərbi qüvvə və imkanlarla təmin etmək üçün zəruri tədbirlərin həyata keçirilməsi barədə razılığa gəliblər.

Türkiyənin xarici işlər naziri Hakan Fidan alyansın institutlaşdırılması istiqamətində işlərin son mərhələyə çatdığını bildirib.

“Razılaşmanın institutlaşdırılması üçün çox iş görülüb. Bu işin sonuna çatdıq”, - deyə, Fidan qeyd edib.

Məkkə Müdafiə Alyansının birgə bəyanatında Məkkə və Mədinənin hədəfə alınması cəhdləri qəti şəkildə pislənilib. Bəyanatda Səudiyyə Ərəbistanının təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı istənilən hücum və ya təhdid də rədd edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ