Yaponiyanın Baş naziri Takaiçi Sanae Çinin ölkəsi üçün “vacib qonşu” olduğunu bildirib və Pekinlə dialoqun davam etdiriləcəyini vurğulayıb.
Turkustan.az xəbər verir ki, Takaiçi parlamentdə çıxışı zamanı Yaponiyanın xarici siyasəti ilə bağlı açıqlamalar verib.
“Çin bizim vacib qonşumuzdur. Çətinliklərə baxmayaraq, illər ərzində dərin köklü münasibətlər qurmuşuq”, – deyə baş nazir bildirib.
Takaiçi Pekin administrasiyası ilə “konstruktiv və sabit” münasibətlərin qurulmasının vacibliyini qeyd edib. O, iki ölkənin üzləşdiyi ümumi problemlərlə bağlı ünsiyyətin davam etdirilməsi və milli maraqların qorunması üçün dialoqun təşviq ediləcəyini bildirib.
Baş nazir əlavə edib ki, Yaponiya iki ölkə arasındakı münasibətlərdə öz mövqeyini qətiyyətlə ifadə edəcək və Çini məsuliyyətli davranmağa çağıracaq.
Aytən Yaşar / Turkustan.az