İran üçün azadetmə əməliyyatı başlayır – Pəhləvi


İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi İranın ali rəhbəri Müctəba Xamenei haqda danışıb.

Turkustan.az xəbər verir ki, Pəhləvi Müctəbanın sağ olduğunu və gizləndiyini bildirib.

Onun sözlərinə görə, İran hakimiyyəti daxilində zəifləmə müşahidə olunur və ölkədə dəyişiklik üçün şərait formalaşır.

Pəhləvi tərəfdarlarına müraciət edərək, İranda hakimiyyət dəyişikliyinin yaxın olduğuna inanmağa çağırıb.

O, İslam Respublikasının əvvəlki dövrlə müqayisədə “daha zəif və tükənmiş vəziyyətdə” olduğunu iddia edib.

Rza Pəhləvi İran hakimiyyətinə qarşı mübarizədə xarici ölkələrlə əməkdaşlıq edəcəklərini bildirib. O, bu əməkdaşlığın məqsədinin İranın və xalqının azad edilməsi olduğunu vurğulayıb./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ