Zelenskidən Putinə mesaj: “Onun Trampa ehtiyacı var”


ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və kürəkəni Cared Kuşnerin Moskva və Kiyevə həftəsonu səfərlərindən sonra ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli sammitin keçirilməsi məsələsi yenidən gündəmə gəlib.

Turkustan.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin ABŞ lideri Donald Trampın mövqeyinə ehtiyacı var və onu narahat etmək istəmir.

Zelenski ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların davam etdirilməsi imkanına da toxunaraq deyib: “Danışıqların yolunu tapmaq üçün sentyabr və oktyabr aylarına ehtiyacımız var”.

Moskvadan da üçtərəfli görüşün mümkünlüyü ilə bağlı açıqlama verilib. Kremlin sözçüsü Dmitri Peskov ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların bərpasını istisna etmədiklərini bildirib.

Vitkoff və Kuşner sentyabrın 5-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər. Nümayəndələr ertəsi gün Ukraynaya gedərək Prezident Vladimir Zelenski ilə sülh danışıqlarını müzakirə ediblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ