Rusiya və Şimali Koreya ilk avtomobil körpüsünü istifadəyə verdi


Rusiya və Şimali Koreya iki ölkənin ortaq sərhədində ilk avtomobil körpüsünü istifadəyə veriblər. Tümen çayı üzərindən keçən körpü Moskva ilə Pxenyan arasında dərinləşən strateji tərəfdaşlığın mühüm mərhələsi kimi qiymətləndirilir.

Turkustan.az xəbər verir ki, uzunluğu 1 kilometr olan və iki zolaqdan ibarət körpünün yeni tikilmiş sərhəd keçid məntəqəsi ilə birlikdə fəaliyyət göstərməsi nəzərdə tutulub. Rusiya hökumətinin məlumatına görə, keçid məntəqəsindən gün ərzində 300-ə qədər nəqliyyat vasitəsinin keçməsi mümkün olacaq.

Açılış mərasimində videobağlantı vasitəsilə iştirak edən Rusiyanın Baş naziri Mixail Mişustin bildirib ki, sərhəd bölgəsində nəqliyyat infrastrukturunun genişləndirilməsi iki ölkə arasında ticarət, iqtisadi, texnoloji, elmi və mədəni əməkdaşlığın inkişafına təkan verəcək.

Mişustin körpünün Rusiya ilə Koreya Xalq Demokratik Respublikası arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ