Atəşkəs sona çatdı - Kiyevə kütləvi hücum: Ölənlər var


Rusiyanın sentyabrın 8-də Kiyevə endirdiyi kütləvi zərbələr nəticəsində ölənlərin sayı 2-yə, yaralananların sayı isə 16-ya çatıb.

Turkustan.az xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İvan Vıqovski Facebook hesabında məlumat verib.

Nazirin sözlərinə görə, gecə hücumu nəticəsində Kiyevdə 50-dən çox obyektə ziyan dəyib. Zərər görən obyektlər arasında yaşayış binaları, yataqxana, məktəb ərazisi, mağazalar, yanacaqdoldurma məntəqəsi və un istehsalı müəssisəsi var.

Vıqovski bildirib ki, şəhərin bir sıra ərazilərində dağıntılar qeydə alınıb. Solomyanski rayonunda hücum nəticəsində 2 nəfər həyatını itirib. Yaralanan 16 nəfərin hamısına tibbi yardım göstərilir.

AYtən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ