ABŞ prezidenti Donald Tramp Kanadanın Bombardier şirkətinin məhsullarının ABŞ-da artıq satılmayacağını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Tramp sosial media hesabında paylaşdığı açıqlamada Kanadanı ABŞ şirkətlərinin ölkədə fəaliyyətinə mane olmaqda ittiham edib.
O, Bombardier-in gəlirlərinin 50 faizindən çoxunun ABŞ bazarından əldə edildiyini iddia edib və şirkətin məhsullarını tənqid edib.
“Bombardier məhsulları artıq ABŞ-da satılmayacaq”, – deyə Tramp bildirib.
ABŞ prezidenti həmçinin Kanadanın ABŞ-ın Gulfstream Aerospace şirkətinin ölkədə fəaliyyət göstərməsinə mane olduğunu iddia edib və bunu “tamamilə ədalətsiz” adlandırıb.
Tramp “Amerika Birinci” siyasətinə toxunaraq Kanadaya müraciətlə bildirib:
“O dövr bitdi. Əgər onlar bizim bazara girmək istəyirlərsə, buraya investisiya qoymalı və Amerikaya donuz bankı kimi yanaşmağı dayandırmalıdırlar. Amerika məhsulları alın. Amerika aviaşirkətləri ilə uçun. Amerika içkiləri için.”
.Aytən Yaşar/ Turkustan.az