ABŞ Rusiyanın Ukrayna müharibəsində məğlubiyyətinə imkan verməyəcək. Buna səbəb Vaşinqtonun geosiyasi hesablamalarından çox, müharibənin ABŞ-da yanacağın bahalaşmasına təsiri ilə bağlıdır.
Turkustan.az xəbər verir ki, bunu ABŞ energetika naziri Kris Rayt CNN-ə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, Ukraynanın Rusiyanın neft emalı zavodlarına zərbələri və müharibənin uzanması ABŞ-da yanacaq qiymətlərinin kəskin artmasına səbəb olub. ABŞ-da dizelin qiyməti tarixi maksimuma çataraq bir qallon (təxminən 3.78 litr) üçün 5,8 dollara yüksəlib. Benzinin qiyməti isə 4,03 dollara çatıb.
Rayt bildirib ki, yanacaq probleminin həlli Ukraynadakı müharibənin dayandırılması və İranla bağlı vəziyyətin, xüsusilə Hörmüz boğazındakı böhranın aradan qaldırılmasından keçir.
ABŞ maliyyə naziri Skott Bessent də daha əvvəl Rusiyanın neft emalı zavodlarına zərbələrin ABŞ-da yanacağın bahalaşmasına təsir etdiyini bildirmişdi.
"JPMorgan" analitikləri isə Rusiyada neft emalının azalmasının dünya bazarında dizel qıtlığı yaradaraq neftin qiymətini 150 dollara qədər yüksəldə biləcəyini proqnozlaşdırıblar./publika.az